CEC
XEMToon

Bu balaca oğlan Xəzər Enerji Mərkəzinin animasiya qəhrəmanıdır. Onun adı XEMtundur. Bu ad "XEM" (Xəzər Enerji Mərkəzi) və ingilis dilində cizgi filmi mənasını ifadə edən "cartoon" sözünün son hecasının birləşməsindən yaranıb. XEMtun oynamağı, gülməyi, danışmağı xoşlayan, tipik qafqazlı simasına malik, şən, gözəl və ağıllı oğlandır.

Mərkəzə gələn qonaqlar XEM-in avtobusunda öz yerlərini tutan kimi sürücü ekranları işə salır və animasiya təqdimatı başlayır. Təqdimat animasiya və video çəkilişlərdən ibarətdir. 10 dəqiqə davam edən bu təqdimat zamanı XEMtun qonaqları həm əyləndirir, həm də onlara neftin yaranması, Azərbaycanda neft sənayesinin inkişafı və böyük neft və qaz layihələri barədə məlumat verir.

Ümimiyyətlə, bu təqdimat məktəblilər üçün nəzərdə tutulub, lakin o daha yaşlı tamaşaçılar üçün də maraqlı olacaq. Təqdimatın məqsədi ondan ibarətdir ki, qonaqlarımızın XEM təcrübəsi artıq avtobusa mindikləri anda başlasın. Bakıdan mərkəzə qədər olan 50 dəqiqəlik səfər ərzində qonaqlarımız darıxmayacaqlar. Təqdimat onları səfər barədə maraqlandıracaq və həyəcanlandıracaq.

XEMToon