CEC
Xəzər Enerji Mərkəzinə xoş gəlmisiniz

Bu mərkəz aşağıda qeyd olunan sahələrdə məktəblilərin biliklərinin artırılması məqsədilə sizə yardım etmək üçün yaradılmışdır:

  • Neft və qaz nədən yaranır
  • Onların yaranma səbəbi nədir və nə üçün hasil olunur
  • Bu prosesdə kimlər iştirak edir
  • Neft və qaz necə hasil edilir və nəql olunur
  • Enerji mənbələri
  • Torpağımız
  • Mədəniyyətimiz, insanlarımız və irsimiz
  • Bizim ətraf mühit, cəmiyyət və təhlükəsiz işləməklə bağlı məsuliyyətimiz
  • Gələcək həyatımıza təsir

Bu proqramlara interaktiv sərgiyə səfər və Mərkəzin əməkdaşları tərəfindən təşkil olunan 'maarifçilik xarakterli şoular' aiddir.

Əgər səfərlə bağlı müraciət etmək istəsəniz, lütfən bizimlə əlaqə saxlayın. Səfəri necə təşkil etmək olar?

Oyunlar
Xəzər Enerji Mərkəzində (XEM) bizim çoxlu sayda maraqlı oyunlarımız vardır ki, bunlar vasitəsilə Enerji və Neft-Qaz Texnologiyaları barədə ilkin təsəvvür əldə etmək asan və zövqlü bir işə çevrilir. Biz uşaqların bu oyunları sınaqdan keçirməsi üçün şərait yaratmağa həmişə hazırıq.

Nəşrlər
Xəzər Enerji Mərkəzi orta məktəblər üçün bir "Enerjiyə dair tədris paketi" hazırlamışdır. Bu paketə beş ədəd informasiya plakatı, beş ədəd fəalliyət plakatı və müəllimlər üçün bir kitabça daxildir. Plakatlar və kitabça enerjinin nə olduğunu, karbohidrogenlərin necə yarandığını, neft və qazdan hansı məmulatların hazırlandığını və alternativ enerji mənbələrini başa düşməyə kömək məqsədini daşıyır. Paket Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən yoxlanılmış və coğrafiya və təbiətşünaslıq dərslərində yardımçı material kimi istifadə edilmək üçün tövsiyə olunmuşdur. Bu paket 2007-ci il noyabr ayının 1-dən etibarən yerli məktəblərə paylanılır.

Yüklə (.zip, 1.48 MB)

"Tısbağa və Dostları hekayələr kitabı mərkəzə səfər edən ən kiçik məktəblilərə hədiyyə üçün hazırlanmışdır. Əgər siz Xəzər Enerji Mərkəzinə səfər etsəz, onda bu kitabın adının haradan yarandığını daha aydın başa düşəcəksiz. Beynəlxalq Təbiəti Mühafizə Birliyinin "Qırmızı kitab"ına daxil edilmiş Aralıq dənizi tısbağası Səngəçal terminalının inşası zamanı tapılmışdır. Ətraf mühitin qorunması proqramı çərçivəsində bu tısbağalar tikinti sahəsindən yığılmış və onlar üçün xüsusi sığınacaq tikilmişdir.

Bu kitabın qəhrəmanı bu tısbağalardan biridir. Hekayələr boyunca onun başına müxtəlif əhvalatlar gəlir. Kitabın məqsədi odur ki, onu oxuyan uşaqlar tısbağanın başına gələn əhvalatlardan, onun əməllərindən düzün nəticə çıxarsınlar.

Yüklə (.pdf, 5.12 MB)