Bu internet səhifəsindən istifadə etməklə siz hazırkı istifadə qaydalarına və şərtlərinə razılıq vermiş olursunuz. Xəzər Enerji Mərkəzi bu şərtləri istənilən vaxt dəyişdirmək hüququnu özündə saxlayır. Dəyişikliklər üçün vaxtaşırı olaraq bizim istifadə siyasətimizlə tanış olmalısınız. İstifadə siyasətinə hər hansı dəyişikliklərin edilməsindən sonra siz bu internet səhifəsindən istifadə etməklə həmin dəyişiklikləri, onlara yenidən baxıb-baxmamanızdan asılı olmayaraq qəbul etmiş olursunuz. Əgər hər hansı vaxt istifadə siyasətimizi qəbul etməkdən imtina edirsinizsə, onda bu internet səhifəsindən istifadə etməməyiniz xahiş olunur.
Bu internet səhifəsinin bütün məzmunu bildiriş edilmədən dəyişə bilər. əzər Enerji Mərkəzi bildirişlə və ya bildirişsiz öz birtərəfli qərarı ilə sizin bu internet səhifəsinə tam və ya qismən girişinizi bağlamaq hüququnu özündə saxlayır. Xəzər Enerji Mərkəzi əvvəlcədən bildirişsiz və ya məsuliyyət daşımadan istənilən vaxt bu internet səhifəsini bütün və ya onun istənilən sahəsini, o cümlədən istənilən keyfiyyət, məlumat bazasını və ya mətnini (habelə interaktiv hissələrini) dəyişdirmək, dayandırmaq və ya davam etdirməmək hüququna malikdir.
