CEC
Xəzər Enerji Mərkəzi elmlə bağlı layihələrin icrasi zamanı Azərbaycandakı təhsil müəssisələri ilə əməkdaşlıq edir.

1 Mart 2008 – ci il 4 – cü Beynəlxalq Lego Robot yarışı bu il də keçirildi. XEM bu yarışmaya maliyyə dəstəyi göstərdi, təlimin keçirilməsi və yarışın təşkil olunması isə TİSA məktəbinin üzərinə düşmüşdü. Bu dəfə yarışda 11 məktəbdən 24 şagird iştirak edirdi. Keçirilən bu çempionatda Qobustanın 195 saylı orta məktəbinin şagirdləri olan İsmayıl, Tofiq, Leyla və İbrahim qalib gəldilər.

2007-ci ilin mart ayının 16-da Böyük Britaniyada yerləşən "Floating Point Science Theatre and the Creative Science Consultancy Ltd" şirkətinin direktoru Stiv Mejur tərəfindən "Həyatımızda Enerji" adlanan seminar keçirilmişdir. Stiv elm tədrisinə yaradıcı üsulla yanaşan və İngiltərədə kifayət qədər tanınmış elm təqdimatçısıdır. Onun seminarları özündə şən və həyəcan dolu əhval-ruhiyyəni və tamaşaçıların iştirakını birləşdirir. "Həyatımızda Enerji" adlanan seminar maraqlı bir mövzunu - müxtəlif enerji mənbələri və onların həyatımızdakı rolu - əhatə edirdi. Bakı məktəblərindən olan 200-dən çox uşaq bu elm tamaşasında iştirak ediblər.

2006-cı ilin yay mövsümü ərzində, Xəzər Enerji Mərkəzi "Lego"dan robotlar qurmaq və onları proqramlaşdırmaq məqsədilə mərkəzdə gün ərzində dərs keçmək üçün yaxınlıqda yerləşən qəsəbələrdən – Sahil, Səngəçal, Qobustan və Lökbatandan ola şagirdlərə imkan yaratmışdır. Dərslər XEM-in işçiləri və BP-nin mərkəzi mühəndislik departamentinin gənc mühəndisləri tərəfindən keçirilmişdir. Şagirdlər robotların qurulma əsaslarını qavradıqdan sonra, öz robotlarının imkanlarını dəyişmək və daha da mükəmməlləşdirməyə həvəsləndirilmişlər.

Noyabr ayında biz British Council tərəfindən təşkil olunmuş Milli Robotlar yarışlarında iştirak edəcək komandanın sponsoru kimi çıxış etməklə bu işi davam etdirdik. Lökbatandakı 139 saylı məktəbin 8 şagirdi təcrübəçi mühəndislərlə həftədə bir dəfə görüşməklə, təşkilatçılar tərəfindən qoyulmuş tapşırıqları təcrübədən keçirmək üçün iki ay ərzində təlim keçmişlər. Dekabrın ortalarından Lökbatan-XEM komandası mükafatın üç illik tarixində ən yüksək xal qazanaraq, yeddi müxtəlif məktəbdən olan 112 şagirdin iştirak etdiyi yarışın qalibi oldu. Bu qələbə ilə Böyük Britaniyaya səfər etmək və Birminqem universitetindən keçirilən İngiltərənin Robot Çempionatının finalında iştirak etmək imkanı yarandı. "Biq Ben"-i, "London gözü" dairəsini və Elm Muzeyini görmək onlar üçün unudulmaz oldu, uşaqlardan heç biri daha əvvəl Böyük Britaniyada olmamışdılar.

2006-ci ilin dekabr ayının 15-də Kallinqton İcma Kollecinin müəllimi Mayk Qrokot XEM-də Azərbaycan məktəbliləri və müəllimləti üçün "Günəş ulduz kimi", "Ulduzlar və qalaktikalar" və "Roketlər və Günəş sistemi" mövzularında master klas təqdim keçmişdir.

pxl