Biz Bazar ertəsindən Şənbə gününədək saat 10:00-dan 16:00-dək işləyirik. Həftənin Bazar günləri və bayramlar isə bizim istirahət günlərimizdir.
Mərkəzimiz 12 yaşdan yuxarı məktəblilər, texniki kolleclər və unversitetlərin tələbələri üçün uyğundur, eksponatlarımız və təqdimatlarımız Azərbaycan və İngilis dillərindədir.
Mərkəzin qapıları əlil qonaqlarıın üzünə hər zaman açıqdır.
Təhlükəsizlik məhdudiyyətlərinə görə səfərlər əvvəlcədən planlaşdırılmalıdır.
Həm dəvət olunan qonaqlar, həm də müraciət edənlər vaxt və gün barədə əvvəlcədən məlumat vermək üçün Mərkəzlə əlaqə saxlamalıdırlar. Səfərlə bağlı müraciətinizə baxılması üçün sizdən 3 gün vaxt istəyirik.
Məktəblilərin səfərləri valideynlər və müəllimlər tərəfindən təşkil edilməli və onlar müşayiət olunmalıdırlar!
Əlaqə üçün:
Telefonlar:
(+994 12) 444 80 47
(+994 12) 444 80 45
e-Mail: cec@bp.com
Ünvan: Qaradağ rayonu, AZ1082, Salyan şossesi, BP-nin əməliyyatçı olduğu Səngəçal terminalı.
Mərkəz Bakıdan 50km aralı yerləşir. Buna görə də dəvət olunan qonaqlar üçün avtobus xidməti göstəriləcək.
Əmin ola bilərsiniz ki, səfərlə bağlı bütün müraciətlərin yerinə yetirilməsi üçün əlimizdən gələni edəcəyik!
