Xəzər Enerji Mərkəzi
Seyrçilərə misilsiz təcrübə qazandıra biləcək- müasir, yaddaqalan və maarifçilik xarakteri daşıyan, kompüter əsaslı informasiya vasitələrilə təqdim olunan bu dünya səviyyəli neft və qaz sərgisi Xəzərdə neft və qaz sənayesinin tarixini əks etdirir. Sərgi şirkət və rəsmi dairələrin təmsilçilərindən başlamış, əməkdaşlar, məktəblilər və universitet tələbələri, geniş ictimaiyyət nümayəndələri və xüsusən yerli icmalar daxil olmaqla, müxtəlif seyrçi qrupları üçün nəzərdə tutulmuşdur.
XEM-in məramı
BP-nin idarə etdiyi Xəzər neft-qaz layihələrinin mahiyyətini izah etmək, bölgənin cəlbedici enerji gələcəyini təsvir etmək və karbohidrogenlərin işlənməsinin Azərbaycana müsbət təsirini göstərməkdir.
Bu Mərkəz Azərbaycanda uşaqlara ölkənin təbii sərvətləri və onlardan göndəlik həyatda istifadə olunması barədə bilik verilməsinə kömək etmək məqsədilə əsasən orta məktəblər tərəfindən istifadə edilmək üçün nəzərdə tutulmuş maarifləndirmə obyektidir. Bu obyektin qarşısına qoyulmuş digər bir vəzifə isə icmalara neft və qazla bağlı aparılan işlər, onların ölkənin iqtisadi və sosial inkişafına potensial təsiri barədə məlumat verməkdir.
XEM-ə BP tərəfindən ARDNŞ, Statoyl, İNPEKS, Şevron, TPAO, EksonMobil, İTOÇU, AzBTC, Total, Hess, LUKoyl, NİKO, Eni və KonokoFilips şirkətlərinin adından rəhbərlik edilir.
XEM haqqında daha ətraflı məlumat üçün 2005-ci ilin İllik Hesabatını oxuyun.
XEM haqqında daha ətraflı məlumat üçün 2006-2008-ci illərin Hesabatını oxuyun.
Bizimlə əlaqə üçün:
Telefonlar:
(+994 12) 444 80 47
(+994 12) 444 80 45
Email: cec@bp.com
Ünvan: Qaradağ rayonu, AZ1082, Salyan şossesi, BP-nin əməliyyatçı olduğu Səngəçal terminalı.
Mərkəz Bakıdan 50km aralı yerləşir. Buna görə də dəvət olunan qonaqlar üçün avtobus xidməti göstəriləcək.
Əmin ola bilərsiniz ki, səfərlə bağlı bütün müraciətlərin yerinə yetirilməsi üçün əlimizdən gələni edəcəyik!



